• $
  • £

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib
19.06.2023 22:45

19 iyun 2023-cü ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə XİN məlumat yayıb.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyinə vurğu edilib. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə qarşı tərəfə məlumat verib. Bu çərçivədə, Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb.

Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyərinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüş zamanı, Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol