Paşinyan kapitulyasiyaya niyə getdiyini izah edib
Ermənistan "9 noyabr bəyanatı"nı Azərbaycan Ordusu Şuşaya daxil olduqdan sonra imzalamağa qərar verib. İnterfax Xəbər agentliyinin yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Şuşa 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin noyabrında isə Azərbaycan Ordusu tərəfindən azad edilib. Həmin hadisədən sonra sonra Ermənistan kapitulyasiya aktına imza atıb.
"Məndən soruşurlar ki, nə üçün noyabrın 9-da mən bu bəyanatı imzaladım? Buna məni 2020-ci ilin noyabrında Şuşanı itirməyimiz sövq etdi. Burada əsas Şuşanın simvolik yox, strateji baxmdan çökməsi oldu", - Paşinyan İkinci Qarabağ müharibəsi zamanı yaranmış vəziyyətin öyrənilməsi üzrə komissiyasının bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, "Şuşa itirildikdən sonra Xankəndi zərbə altnda qala bilərdi".
"Şuşa itirildikdən" sonra Xankəndi zərbə altında qala, Xocavəndə təzyiqlər arta, ən əsası isə 25 min əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşə bilərdi", - Paşinyan qeyd edib.
Qarabağın işğalda olan ərazilərinin Azərbaycana qaytarılması ilə sonuclanan 44 günlük müharibənin sonunda Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanan üçtərəfli bəyanat 2020-ci ilin noyabrında imzalanıb. Həmin sənədə görə, Qarabağda iki ölkə arasında hərbi əməliyyatlar dayandırılıb. Ermənistan qeyd şərtsiz Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürüb. Rusiya sülhməramlılarının 2 minlik kontinqenti 5 il müddətinə Qarabağa müvəqqəti yerləşdirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər