Almaniyaya fındıq idxalına görə Azərbaycan ikinci yerdə qərarlaşıb
Azərbaycan 2023-cü ilin aprelində Almaniyaya qabığı soyulmuş fındıq tədarükündə ikinci yerə qayıdıb. Bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Yanvarda Azərbaycan Almaniyaya fındıq ləpəsi tədarükünə görə dördüncü, fevralda ikinci, martda üçüncü olub.
Statistikaya görə, apreldə Almaniya 24,578 milyon avroya (azalma 24,2%) cəmi 3,944 min ton (2022-ci ilin aprel ayı ilə müqayisədə 27,5% azalma) qabıqlı fındıq idxal edib.
Apreldə ilk üç tədarükçü sırasına ənənəvi olaraq birinci olan Türkiyə (17,223 milyon avroya 2,924 min ton), Azərbaycan (1,677 milyon avroya 308 ton) və Gürcüstan (1,425 milyon avroya 302 ton) daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin aprelində Azərbaycandan Almaniyaya fındıq ləpəsi idxalı fiziki ifadədə 1,8 dəfə, pul ifadəsində isə 1,6 dəfə artıb.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox