• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Azərbaycanda aylıq əməkhaqqı ilə ev almaq mümkündürmü?

Azərbaycanda aylıq əməkhaqqı ilə ev almaq mümkündürmü?
21.06.2023 17:27
Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev Real TV-yə müsahibəsi zamanı bildirib ki, Azərbaycanda 10-11 illik gəlirlə ev sahibi olmaq olar.
 
Azərbaycanda ev almaq üçün mövcud olan mexanizmlərdən biri dövlət xətti ilə ipoteka krediti sayılır. Bu növ kreditlər ölkədə 2006-cı ildən verilir və bu günə qədər dövlət 35,6 min mənzilin alınmasına 1,9 milyard manatdan çox borc verib. İpoteka kreditləri adi və sosial olmaqla 2 cür verilir. Onların fərqi maksimal məbləğində, müddətində və illik faiz dərəcəsindədir. Yəni, əhalinin güzəştli təbəqəsinə maksimum 100 min manat, güzəştsiz təbəqəsinə maksimum 150 min manat kredit ayrılır. Maksimal müddət müvafiq olaraq 30 il və 25 il, illik faizin yuxarı həddi isə müvafiq olaraq 4 % və 8 %-dir.
 
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın qiyməti çox bahadır və vətəndaşın aylıq gəlirləri ilə üst-üstə düşmür.
 
"Azərbaycanda minimal əmək haqqı təxminən 400, maksimal əmək haqqı isə bir neçə min manat və daha artıq təşkil edir. 10-11 illik əməkhaqqı ilə ev alan vətəndaşlar müəyyən kateqoriyadan olan insanlardır. Bir vətəndaş 10-15 il əməkhaqqının hamısını toplayıb ev ala bilər. Amma ümumən bu şəxslərin ailə üzvləri, kirayə, aylıq yaşam üçün lazım olan digər xərcləri var. Bu xərclər çıxıldıqda, yerdə qalan pul vəsaiti vətəndaşın kreditlə mənzil almağına bəs edərsə, həmin şəxslər ev ala bilərlər. Bu gün Azərbaycanda daşınmaz əmlakın qiymətləri kəskin bahadır və qiymətlər artan xətt uzrə davam edir. Ortalama ümumi sahəsi 30 kvadrat metr olan bir otaqlı ən ucuz evin qiyməti əmlak bazarında 90 min manata təklif olunur. Hansı ki, bu əmlaklar ipoteka predmetinə çevrilə bilmirlər. Yəni istismar müddətini bitiriblər. Mərkəzə yaxın ərazilərdə yeni tikili binada təmir olunmuş 55 kvadrat metr olan bir otaqlı mənzilin satış qiyməti isə təxminən 120-180 min manat aralığında dəyişir. Deməli bir şəxs bir otaqlı ev almaq üçün 25 il kredit ödəməlidir. Şəxsin ailə üzvlərinin sayı artıqca da, bu bir otaqlı mənzillər onlara bəs etmir. Bu cür layihələr 10-11 il ərzində o halda mümkün olar ki, sosial layihələr həyata keçirilə və torpaq sahələri dövlət tərəfindən ayrılsın. Necə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı mənzillər var ki, qiymətləri əraziyə görə çox ucuzdur. Həmçinin bir müddət əvvəl məcburi köçkünlər üçün tikilmiş binalardakı mənzillər əmlak bazarında ucuz qiymətə satışa çıxarıldı. Aşağı qiymətə olmasının səbəbi isə həmin ərazilərdə tikilən binaların torpaq ərazilərinin dövlət tərəfindən ayrılması idi", - ekspert bildirib.
 
Azərbaycanda mənzil almaq üçün bankdan ipoteka krediti götürməmək də olar. Belə ki, ölkədəki tikinti şirkətləri mənzillərinə müştəri tapmaq üçün daxili kredit mexanizmi tətbiq edirlər. Bu növ kreditlər orta hesabla illik 10%-lə, maksimum 20 il müddətinə verilir. Məbləğə isə adətən məhdudiyyət olmur.
 
Azərbaycanda evə sahib olmaq üçün dövlətin daha bir mexanizmi isə kirayə mənzildir. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun balansında olan mənzillərdə 24 il kirayə qalmaq, sonda isə həmin evlərə sahib olmaq mümkündür. Bu zaman mənzilin yekun dəyərinin 4%-i (1 illik kirayə haqqı) bəri başdan ödənilməlidir. İpoteka kreditlərindən fərqli olaraq burada vətəndaş yalnız Fondun təklif etdiyi mənzillər arasında seçim edə bilir, yəni istədiyi evdə kirayə qalmaqla onun sahibi olmaq imkanı yoxdur. Bundan başqa, həmin mənzil yalnız kirayə müddəti başa çatdıqdan sonra kirayəçinin mülkiyyətinə keçir, yəni dərhal adına çıxarış verilmir. Bu mexanizmdə diqqəti bir o qədər də cəlb etməyən nüans isə əmlakın sığortalanması, kirayəçinin isə həyatının sığortalanmamasıdır. Yəni, vətəndaşın başına bir iş gəlsə və onun varisləri növbəti illərin kirayə haqqını ödəyə bilməsə, mənzildən avtomotik çıxarılırlar. Ən yaxşı halda kirayə hüququnu başqa şəxsə ötürüb hansı məbləğdə vəsait əldə etmək olar. Yeri gəlmişkən, kirayə hüququnun ötürülməsi üçün kirayə müqaviləsinin bağlanılmasından azı 3 il keçməlidir.
 
Eltac Nurullazadə

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol