Azərbaycanın qeyri-neft sektorunda ümumi dövriyyəsi artıb
2023-cü ilin yanvar-aprelində Azərbaycanın qeyri-neft sektorunda ümumi dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Artım bank və sığorta üzrə 36,3 %, tikinti üzrə 22,1 %, ticarət üzrə 17,8 %, sənaye üzrə isə 17,6 % olub.
"Digər mühüm indikator isə elektron qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. Son 1 ildə ümumi artım 19,4 %, o cümlədən qeyri-neft sektorunda artım isə 21,2 % təşkil edib", -qurumdan bildirilib.
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 29197,8 mln manat həcmində proqnozlaşdırılsa da 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln manat təşkil edib. Bu 2021-ci ilin göstəricisindən 4264,2 mln manat və ya 16,2 faiz çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat verib.
Hesabata görə, dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmaları isə 15 329.6 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 145.2 mln manat (1,0 faiz) az olub.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox