• $
  • £

Qərbin Azərbaycanla Ermənistan münasibətlərində niyyəti səmimi deyil - Lavrov

Qərbin Azərbaycanla Ermənistan münasibətlərində niyyəti səmimi deyil - Lavrov
20.06.2023 17:56
Qərb Bakı ilə İrəvan arasında sülhün imzalanmasına kömək etmək niyyəti səmimi deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.  

"Təəssüf ki, ABŞ-ın indi və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək arzusunu yox, regiona nüfuz etmək istəyini, Rusiya Federasiyasının qanuni maraqlarına təzyiq göstərmək istəyini görürük. Burada məqsəd demək olar ki, həlledici rol oynayacaq bəzi qüvvələr kimi özünü göstərmək istəyidir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə jurnalistlərə bildirib.
 
Nazir bildirib ki, həm Bakı, həm də İrəvan Rusiyanın tərəfdaşıdır və Qərb də bunu yaxşı başa düşür. 

"Razılaşmaların əldə olunması yalnız Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış həmin üçtərəfli sazişlərin icrası çərçivəsində mümkündür”, - Lavrov söyləyib. 
 
Rusiyanı nazir xatırladıb ki, iki ölkə arasında bəyanat Rusiya prezidentinin şəxsi müdaxiləsi sayəsində imzalanıb. 


Ermənistanla Azərbaycan arasında iyunun 12-də Vaşinqtonda keçirilən görüş məlum olmayan səbəblərdən təxirə salınıb. 
 
Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol