• $
  • £

Mikayıl Cabbarov Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb

Mikayıl Cabbarov Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb
20.06.2023 23:06
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomsonla görüşüb.

Nazirlikdən  verilən məlumata görə, görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı ilə tərəfdaşlığa önəm verir, Bankın ölkəmizə maliyyə-texniki dəstəyi yüksək qiymətləndirilir. AİB enerji, ətraf mühit, infrastruktur, transit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. İqtisadiyyat naziri həmçinin, Milli Prioritetlər, 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını vurğulayıb.

Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd edib.

Tərəflər əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və Bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol