İrəvan və Bakı Eraxs-Horadiz yolu ilə bağlı konsesus əldə edib

İrəvan və Bakı dəmir yolunun Eraxs-Horadiz hissəsinin istismarı ilə bağlı razılığa gəliblər. Bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan deyib.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.

www.anews.az
www.anews.az
"Düşünürəm ki, Eraxs-Horadiz dəmir yolunun istifadəyə verilməsi məsələsində yekun konsensus var. Bütün tərəflər bildirdi ki, bu, indiki mərhələdə yaxşı və mümkün həll yoludur”, - Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Qriqoryan bu fikirləri səsləndirməklə Rusiyanın yol üzərindəki nəzarət imkanlarını məhdudlaşdırmaq niyyəti güdür.
"Regional kommunikasiyaların açılması ilə bağlı bu ilk vacib açıqlamadır. Bu fikirləri Baş Nazirin müavininin deməsi kifayət qədər ciddi mənbə hesab olunur. Bu yolda əsas problem Rusiya əsgərlərinin dayanması ilə bağlıdır. Maraqlısı odur ki, Rusiyanın sərhəd qoşunları 10 noyabr bəyənatının 9-cu bəndini nə cür həyata keçirəcək, eyni zamanda regional kommunikasiyaların açılması ilə bağlı konsensus əldə olunubsa, burda söhbət nədən gedir. Bu kimi məsələlər hələ də dəqiqləşməyib. Bu yolun mühüm bir hissəsi Azərbaycan SSRİ-nin mükiyyətində olub və dolayısı ilə bizim mülkiyyət sayılır. Ona görə yolun keçəcəyi ölkənin yuristik siyahısı və suverenlik məsələsi müzakirənin əsas predmetidir. Burada Mher Qriqoryan bu mövqeni səsləndirməklə Rusiyanın yol üzərindəki nəzarət imkanlarını məhdudlaşdırmaq niyyəti güdür. Əslində o bu açıqlama ilə çalışır ki, həmin yolun nəzarəti Azərbaycan hissəsinə düşən Azərbaycanın, Ermənistan hissəsinə düşən Ernənistanın daxili nəzarətində olsun və Rusiyanın hansısa nəzarət mexanizmi olmasın”, - ekspert bildirib.
Siyasi şərhçi Fuad Şahbazov bildirir ki, bu dəmiryolu xəttinin çəkilməsi Azərbaycan və Ermənistanın sülhə yaxınlaşması istiqamətində önəmli prosesdir.
"Moskva görüşündən sonra bu məsələ ilə bağlı razılaşma əldə olunub. Regional kommunikasiya xətlərinin açılması Azərbaycandan əlavə Rusiyanın da maraq dairəsindədir. Çünki, bu kommunikasiyaların açılması ilə Rusiya Ermənistanla daha sıx əlaqədə olacaq, həm də İran sərhədlərinə yaxın ərazilərə çıxış əldə etmək imkanı olacaq. Azərbaycan üçün bu kommunikasiya xətlərinin açılması həm iqtisadi baxımdan, həm də Ermənistan ilə sülhə yaxınlaşmaq istiqamətində önəmli proseslərdən biridir. Kommunikasiyaların açılmasından sonra, Türkiyə ilə quru üzərindən əlaqələrin qurulması da reallaşacaq”, - Şahbazov deyib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
Qeyd: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Eltac Nurullazadə
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 