Eleketron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib
Elektron Təhlükəsizlik
Xidməti vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməməyi tövsiyə edib. Bu barədə qurumun açıqlamasında qeyd olunub.
"Son günlər "Telegram” vasitəsilə vətəndaşlara müxtəlif
profillər adından saxta keçidlər göndərilir.Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan "Telegram”da
qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb
olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə
kodunu daxil etdikdən sonra onun "Telegram” hesabı və yazışmaları ələ
keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin
istifadəçi adından bu mesaj avtomatik olaraq onun "Telegram” istifadəçisi olan əlaqələrinə
göndərilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə
mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı
qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı
dəqiqləşdirsinlər", - məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər