• $
  • £

Günay Bankın əmanətçilərinə 35.12 milyon manat kompensasiya veriləcək

Günay Bankın əmanətçilərinə 35.12 milyon manat kompensasiya veriləcək
21.06.2023 23:37
Günay Bank  ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev bildirib.

Onun sözlərinə görə, "Günay Banık”ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi: "Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir”.

Tural Piriyev həmçinin qeyd edib ki, "Günay Bank”la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur.

"Əgər "Günay Bank”ın kreditorları bir yerə toplanıb komitə yaratmaq istəsə biz əlbəttə bunu dəstəkləyəcəyik”, – o əlavə edib.

İcraçı direktor vurğulayıb ki, sığortalanmamış əmanətlərin qaytarılması qanunvericiliyə uyğun olaraq tənzimlənəcək: "Günay Bank”da birinci olaraq bütün sığortalanmış əmanətlər veriləcək. Bundan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin mayın 16-da "Günay Bank”ın məcmu kapitalının müəyyən edilmiş tələbdən – 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında” qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol