• $
  • £

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nə vəd edir? - GÖZLƏNTİLƏR

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nə vəd edir?  - GÖZLƏNTİLƏR
22.06.2023 14:56
Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın paytaxtı Vaşinqtonda görüş olacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyi təklif edib və görüşün keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub. 
 
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın destruktiv fəaliyyətini neytrallaşdırmağa çalışmalıdır.
 
"Bu görüş sülh üçün önəmli addımdır. Sülhyaratma prosesində ABŞ-ın və Qərbin, o cümlədən Avropa Birliyinin çox israrlı olduğunu da görməmək mümkün deyil. Məncə Rusiyanın bütün pozucu siyasətinə baxmayaraq, sülhyaratma prosesi davam edəcək və Qərb bu prosesi öz nəzarətindən buraxmayacaq. Hazırda bölgədə Rusiyanın təsirlərinin azalması prosesi də gedir. Rusiya sözün həqiqi mənasında bölgəni qatıb-qarışdırmaqla məşğuldur. Azərbaycan Rusiyanın destruktiv fəaliyyətini neytrallaşdırmağa çalışmalıdır. Nikol Paşinyan Ermənistan cəmiyyətində olan bir sıra mənfi streotipləri sındırdı. Bunlar əsasən Türkiyə və Azərbaycana qarşı yönəlmiş streotiplər idi. Bu proses Ermənistan cəmiyyətini müəyyən hissələrə ayırdı. Ermənistanda revanşist qüvvələrin təsir dairəsində olan insanlar var. Bəzən onların qızışdırıcı fəaliyyəti Nikol Paşiniyanın apardığı siyasəti zəiflədir. Belə hesab edirəm ki, Paşiniyan Müdafiə Nazirliyi sisteminə tam nəzarət edə bilmir. Müdafiə Nazirliyində sıravi zabitdən tutmuş, yüksək vəzifəli generala qədər Qarabağ klanının nümayəndəsi və yaxud  Robert Koçaryan, Serj Sarkisyan cəbhəsinin təsiri altında olan qüvvələr var. Həmin qüvvələr də Naziriyin tabeliyində olan əsgərlərə təsir göstərə bilir. Ona görə Paşiniyan proseslərə tam nəzarət edə bilmir”, - ekspert bildirib.
 
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında daha əvvəl iyunun 12-də Vaşinqtonda keçirilməsi gözlənilən görüş təxirə salınıb.
 
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, görüş Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb. Azərbaycan XİN bu məlumatı təsdiqləsə də səbəbini açıqlamayıb. 
  
Mayın 1-4-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.
 
Eltac Nurullazadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol