Avropa İttifaqı şurasında Azərbaycanla bağlı müzakirələr gözlənilir
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iyunun 26-da Lüksemburqda keçiriləcək iclasında Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə ediləcəyi gözlənilir. Bu barədə Aİ rəsmi saytı məlumat verib.
İclasda həmçinin rəqəmsal diplomatiya məsələləri, Ukraynadakı vəziyyət, Belqrad və Priştina arasında dialoqa dair məlumatlar dinləniləcək.
Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri keçirilməsi 2023-cü il iyulun 17-18-ə planlaşdırılan Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Birliyi (CELAC) sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətlərinə dair fikir mübadiləsi aparacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər