Ermənistan hərbçisi Ağdərədə yaralanıb - Ermənistan Müdafiə Nazirliyi
Ermənistan ordusunun müqaviləli hərbçi Mher Akopyan Ağdərə istiqamətində yaralanıb. Bu barədə Ermənistan mətbuatı Ermənistan Müdafiə Nazirliyinə istinadən bildirib.
"İyunun 22-də saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələri Mardtakert rayonu istiqamətində atəşkəs rejimini odlu silahlardan istifadə etməklə pozub. Bunun nəticəsində müqaviləli hərbçi Mher Kamoeviç Akopyan yaralanıb”, - məlumatda deyilir.
Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və bir əsgərin yaralanması ilə bağlı Rusiya Federasiyasının sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, iyunun 22-də Azərbaycan Ordusunun bölmələrinin Ağdərə istiqamətində heç bir atəş açmayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox