• $
  • £

Jurnalistlərin də Söyüdlüyə girişi qadağandır - DİN

Jurnalistlərin də Söyüdlüyə girişi qadağandır - DİN
23.06.2023 10:58
Gədəbəyin Söyüdlü kəndinə jurnalistlərin də girişi qadağandır. Bunu Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

İyunun 22-də gün ərzində müxtəlif media nümayəndələri Söyüdlü kəndində çəkiliş aparıb, reportajlar hazırlayıblar. Həmçinin mətbuatda Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın fəaliyyəti ilə bağlı da müxtəlif məqalələr dərc olunub.

Maraqlıdır ki, bəzi KİV nümayəndələri kənddə fəaliyyətlərini icra edə bildikləri halda, bir qisminin Söyüdlüyə girişi qeyri-qanuni hesab olunub. Belə ki, ötən gün jurnalistlər Nigar Mübariz və Nərgiz Absalamovanın kəndə girişinə icazə verilməyib.

Sözügedən jurnalistlər Gədəbəydə saxlanılaraq zorakılığa məruz qaldıqlarını bildiriblər. Eşqin Qasımov onların dediklərini "əsassız iddialar” adlandırıb.

DİN-in əməkdaşı kənddə digər jurnalistlərin fəaliyyəti ilə bağlı sualı isə belə cavab verib:

"Onlar Komissiya ilə birlikdə kəndə gəlib, daha sonra kəndi tərk ediblər”.

Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.

Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.

DİN məsələnin araşdırıldığını bildirir.

İyunun 21-də Söyüdlü sakinləri yenidən aksiya keçiriblər və bu dəfə rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov da hadisə yerinə gəlib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Ötən gün kəndə girişin məhdudlaşdırıldığı açıqlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol