Dövlət xəttilə verilən ipoteka kreditinin məbləği açıqlanıb
2023-cü ilin yanvar-mayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 205,8 milyon manat kredit verilib, bu da ötən illin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 18,4 % artaraq 160,3 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon manata çatıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.
2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 40 min 877 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 312 milyon 636 min 306 manat olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox