• $
  • £

Sülh sazişində müharibədən sonrakı reallıqlar nəzərə alınmalıdır - Əliyev

Sülh sazişində müharibədən sonrakı reallıqlar nəzərə alınmalıdır - Əliyev
23.06.2023 17:37
Bakı ilə İrəvan arasında sülh sazişində müharibədən sonrakı reallıqlar nəzərə alınmalıdır. Azərtacın xəbərinə görə bunu prezident İlham Əliyev deyib. 
 

"Bu sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh sazişində müharibədən sonrakı reallıqlar nəzərə alınmalıdır", - ölkə başçısı Azərbaycanın döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edərkən bildirib.
 
Əliyev vurğulayıb ki, Bakı ilə İrəvan arasında sülh danışıqlarının başa çatması həm Azərbaycan, həm də daha çox Ermənistan üçün lazımdır.

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu bəyanatlar da kağız üzərində olmalıdır və Ermənistan imzalamalıdır. Yalnız bu halda Cənubi Qafqazda uzunmüddətli sülh hökm sürə bilər", - o əlavə edib.
 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol