• $
  • £

Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib - YENİLƏNİB

Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib - YENİLƏNİB
24.06.2023 10:36
Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. Bu barərdə Report Tacc agentliyinə istinadan yazıb. 

"Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - Təhlükəsizlik komitəsindən bildirilib.


Bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.

Antiterror əməliyyatı rejimi bir sıra tədbirlərin görülməsinə və müvəqqəti məhdudiyyətlərin tətbiqinə icazə verən hüquqi rejimdir. Bura sənədlərin yoxlanılması, ictimai asayişin mühafizəsinin gücləndirilməsi, telefon danışıqlarına nəzarət, mülkiyyət formasından asılı olmayaraq təşkilatlara məxsus avtonəqliyyat vasitələrindən istifadə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinin dayandırılması, rabitənin məhdudlaşdırılması, vətəndaşların müvəqqəti başqa yerlərə köçürülməsi, küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması daxildir. Bu rejim çərçivəsində silah və spirtli içkilərin satışı qadağan edilə bilər.


07:14
Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir.


"Report” xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin bəyan edib.


"Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın"-deyə, o bildirib.


"Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri "Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.


Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.


Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol