• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Rusiyada çevriliş olacaqmı? ŞƏRH

Rusiyada çevriliş olacaqmı? ŞƏRH
24.06.2023 12:52
"Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 
 
Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
 
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, atıq Putinin hakimiyyətinin sonunun çatdığını söyləmək olar.

"Baş verənlər Rusiya üçün çox ciddi hadisədir. Bu təkcə Priqojinlə bağlı olan hadisə deyil, eyni zamanda Rusiyanın dərin dövləti ilə bağlı olan antiputin qüvvələrinin reaksiyasıdır. Onlar tədricən birləşib böyük gücə çevrilməkdədirlər. Bu qüvvələr əlində olan 20-25 min qüvvə ilə Rostovu ələ keçirərək Moskvaya doğru hərəkət edirsə, bu, o deməkdir ki, anti-Putinçi qüvvələr sıx sıralarda birləşib və "Putinsiz Rusiya"nıın uğrunda mübarizə aparırlar. Onlar bildirirlər ki, ölkə ağır və fəlakətli vəziyyətdədir. Putini devirmək üçün onların gücünün yetib-yetməyəcəyi haqqında birmənalı fikir söyləmək çətindir. Putinə qarşı olan qüvvələr Rusiyada kifayət qədər çoxdur. Əgər onların sayını birləşdirmək olsa, məncə çevriliş baş tutacaq. Amma istənilən halda Putinin hakimiyyətinin sonunun çatdığını söyləmək olar. Hal-hazırda Putinə qarşı misli görünməmiş şüarlar səsləndirilir. Hətta xakerlər televiziyadakı yayımlara müdaxilə edərək orada Priqojinin bəyənatlarını yayırlar. Hesab edirəm ki, Priqojinin atdığı atdım, həm Ukrayna müharibəsininin, həm də hakimiyyət sonunu xeyli yaxınlaşdırdı", - politoloq deyib.
 
Siyasi şərhçi Azər Qasımlı isə Rusiyada hakimiyyət çevrilişi olacağına inanmır.
 
"Bu hadisələrlə Rusiyada hakimiyyətin dəyişəcəyi inandırıcı deyil. Çünki Rusiya kimi ölkədə 25 minlik ordu ilə çevriliş etmək mümkün deyil.
Amma hərbi kadrlarda ciddi dəyişikliklər ola bilər. İndi isə birmənalı nəsə demək çətindir", - Qasımlı bildirib.
 
"Vaqner" şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, 25 min döyüşçünün hamısı ölməyə hazırdır.
 
Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.

Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.
 
Eltac Nurullazadə
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Siyasət 09:38
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
"AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib - Video
Siyasət 20:03
"AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib - Video
Азербайджан и Таиланд провели первые политические консультации в Бангкоке
Siyasət 17:43
Азербайджан и Таиланд провели первые политические консультации в Бангкоке
Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Siyasət 16:19
Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Siyasət 12:28
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 15:09
Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq
Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək
Siyasət 14:59
Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət 12:45
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir
Siyasət 12:16
Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol