• $
  • £

Laçına 15 ailə köçürüldü

Laçına 15 ailə köçürüldü
25.06.2023 09:19
İyunun 25-də Laçına 15 ailə olmaqla 53 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Köç Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

 

Ümumulikdə isə Laçına 70 ailə olmaqla, 266 nəfərin daimi məskunlaşması təmin edilib.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
 
Gülnar
 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman işsizliklə bağlı agentliyə bir sıra təkliflər verib
Cəmiyyət 11:27
Ombudsman işsizliklə bağlı agentliyə bir sıra təkliflər verib
Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
Cəmiyyət 11:03
Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
Cəmiyyət 10:59
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
Azərbaycandan Ermənistana dizel yanacağı və Rusiya gübrəsi tədarükü davam edir
Cəmiyyət 10:54
Azərbaycandan Ermənistana dizel yanacağı və Rusiya gübrəsi tədarükü davam edir
NATO Türkiyəyə yönəlmiş raket hücumuna cavab planlarını açıqladı
Cəmiyyət 10:22
NATO Türkiyəyə yönəlmiş raket hücumuna cavab planlarını açıqladı
Gəncədə ölü körpə doğulub
Cəmiyyət 10:16
Gəncədə ölü körpə doğulub
Azərbaycanda bir gündə 48 cinayət açılıb – DİN
Cəmiyyət 10:12
Azərbaycanda bir gündə 48 cinayət açılıb – DİN
Sabirabadda 25 yaşlı qadında 14 kq narkotik aşkarlanıb
Cəmiyyət 09:54
Sabirabadda 25 yaşlı qadında 14 kq narkotik aşkarlanıb
Sabah Lökbatanda su olmayacaq
Cəmiyyət 09:47
Sabah Lökbatanda su olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol