• $
  • £

Əsir saxlanılan 2 hərbçi ilə bağlı BQXK-nın baş ofisinə müraciət olunub

Əsir saxlanılan 2 hərbçi ilə bağlı BQXK-nın baş ofisinə müraciət olunub
25.06.2023 13:58
Ermənistanda əsir saxlanılan 2 azərbaycanlı hərbçi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin baş ofisinə müraciət olunub. Bunu Ombusdman Səbinə Əliyeva deyib.

"Elə ilk gündən bu məsələni diqqətdə saxlayırıq. Mən həm onların ailə üzvləri ilə görüşmüşəm, həm də bununla bağlı mütəmadi olaraq  BQXK-nin Bakı ofisi ilə mütəmadi əlaqədəyik və tələb edirik ki, bizim Ermənistanda qeyri-qanuni saxlanılan və işgəncələrə məruz qalan hərbi qulluqçularımızın hüquqları təmin olunsun. Onlara qarşı qeyri-insani rəftar beynəlxalq hüquq normalarına ziddir. Hərbi qulluqçularımızın tibbi müayinədən keçməsi, tərcüməçi və vəkillə təmin olunması, beynəlxalq normalara uyğun saxlanması vacib şərtlərdəndir.Ermənistan bu qaydalara riayət etmir. Amma biz Azərbaycanın sərhədini qanunsuz olaraq keçmiş və ölkəmizin ərazisində terror-təxribat törətməyə cəhd göstərərkən saxlanılan ermənilərə qarşı öhdəliyimizə götürdüyümüz bütün beynəlxalq normalara riayət edirik"- Səbinə Əliyeva Reporta müsahibəsində bildirib.

Ermənistanda əsir düşən iki hərbçidən biri olan - Hüseyn Axundov 20 il müddətində həbs olunub.

Hökm Ermənistanın Kapan məhkəməsində çıxarılıb. 


Azərbaycanın da Baş Prokurorluğu mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz keçən iki erməni hərbçinin sərhəddi pozması ilə bağlı cinayət işinin ibtidai istintaqını yekunlaşıdır.


Belə ki, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. 
 
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. 
 

Daha sonra, Dövlət Komissiyası Ermənistanda əsirlərlə bağlı görüş keçirilib. Onların ailələri ilə əlaqə qurması üçün şərait yaradılıb. 

 

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol