• $
  • £

Vaqner edam olunacaqmı? AÇIQLAMA

Vaqner edam olunacaqmı? AÇIQLAMA
25.06.2023 20:10
İyunun 24-ü "Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb. Bunu XHŞ-nin rəhbəri özünün teleqram kanalında bildirib.
 

Priqojin bildirib ki, bu addımı qan tökülməməsi üçün atır və razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.
 
Ötən gün Belarus lideri Aleksandr Lukaşenkonun apardığı danışıqlar nəticəsində sülh yolu ilə yatırılan qiyamda "Vaqner”in rəhbəri Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsini tələb edib. 
 
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, prosesin yarıda dayanması Rusiyada müəyyən məsələlərin yenidən dinc məcrada çözülməsi üçün bir fürsəttir.

"Putinin nə edəcəyini söyləmək demək olar ki, imkansızdır. Hələ ki, fakt olaraq Prigojinin bağışlanacağı və Belarusda məskunlaşacağı söylənilir. Eyni zamanda digər qiyama qatılmayan Vvqnerçilərində orduda xidmət edəcəyi gözlənilir. Ona görə də indiki mərhələdə biz bunun üzərindən mülahizə yürütməliyik. Putinin imkanları çatacaqmı, yaxud da Priqojini cəzalandırmaq üçün hansısa bir addımlar atması kimi məsələlər sırf psixoloji faktorla bağlı məsələlərdir. Bütün hallarda Rusiyada hər-hansısa bir vətəndaş müharibəsinin olmaması Azərbaycanın maraqlarına uyğundur. Çünki Rusiyada proseslərin dinc məcrada getməsi keçmiş sovet ölkələri üçün olduqca vacibdir. Ümid edirik ki, Rusiyanın Ukrayna ilə bağlı məsələsində də yeni bir yanaşma olacaq və müharibənin dayanmasına yönəli bir simptomlar üzə çıxacaq. Biz bütün hallarda Rusiyanın xaos içində olmasına və orada baş verə biləcək istənilən qarışıqlığın Azərbaycana mənfi təsirlərinə hazır olmalıyıq. Bu prosesin yarıda dayanması ən azı Rusiyada müəyyən məsələlərin yenidən dinc məcrada çözülməsi üçün bir fürsəttir və bu fürsətdəndə necə istifadə edəcəklərini gələcək zaman göstərəcək”, - millət vəkili deyib.
 
Siyasi ekspert Əziz Əlibəyli bildirir ki, bu hadisələr Putinin reytinqinə ciddi zərbə vurub. 

"Bu proses göstərir ki, Rusiua əhalisi hadisələrə seyrci mövqeyində qaldı. Çünki, Prigojinin çəkilməsinə səbəb, onun ictimai dəstək ala bilməməsi idi. Bu da onu göstərdi ki, ictimai dəstək heç Putinin də tərəfində deyil. Prigojin coğrafi olaraq Rostovdan Moskvaya qədər olan 1000 km-dən artıq məsafədə çox sürətlə hərəkət edə biləcəyini göstərdi və onun qarşısını kəsəcək real qüvvə də yox idi. Amma bu hadisə Putinin reytinqinə çox böyük bir zərbə oldu. Burada Putinin Prigojini bağışlayıb bağışlamayacağı  önəmli deyil. Əlbəttə ki, çox unikal bir vaxtda hansısa formada Prigojini edam edəcəklər. Maraqlı məqamlardan biri odur ki, Rusiyanın ictimai rəyini öyrənən mərkəzi Vladimir Putinin ayın 23-nə olan reytinqini açıqlamışdı və burada Putinin reytinqi 78,9-a bərabər idi. Bu hadisələrdən sonra Putinin reytinqinin neçə olacağı və bundan sonra təhlükəsizlik prizmasından Rusiya xalqının Putinə qarşı hansı münasibət bəsləyəcəyi də çox önəmli məsələdir. Bütün bunlara baxmayaraq, Rusiyada vətəndaş müharibəsinin olacağını düşünmürəm, amma mərkəzi hakimiyyətin tərəddüdü və boşluqları bu hadisə ilə ortaya çıxdı”, - ekspert bildirib.
 
Politoloq Fikrət Sadıqov tərəflərin müəyyən razılıq əldə etməsinə baxmayaraq, Rusiyada vəziyyətin gərgin qalacağını düşünür.

"Görünən odur ki, Rostovu, Voroneji və digər yaşayış məntəqələrini belə asanlıqla alan Prigojinin dəstələri Moskva üçün böyük bir təhlükə yaradırdı. Prigojinin Moskvaya daxil olaraq qan tökməsi nə onun, nə də Putinin maraqlarına cavab vermirdi. Belarus prezidenti Lukanşenkonun Prigojin ilə danışıqları Putinin xahişi ilə baş tutub. Burada ortaq bir məxrəc tapıb kompromisə gəlmək lazım idi. Çünki kifayət qədər insan bu prosesin qurbanı ola bilərdi. Ona görə tərəflərin bundan başqa bir variantı yox idi. Məncə bu kompromis olsa da, bu, müəyyən mənada müfəqqəti bir kompromisdir. Prigojin haqqında cinayət işi bağlansa da, bu o demək deyil ki, onun ambisiyaları hardasa arxa plana çəkilir. Vəziyyət müəyyən mənada mürəkkəb olaraq qalacaq. Ukrayna ilə müharibədə Prigojinin dəstələri olmasa, Rusiya çox böyük bir problemlə üzləşə bilər. Bu da Moskva üçün çox təhlükəli bir məqamdır”, - politoloq vurğulayıb.
 
İyunun 23-ü "Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb.
 
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
 
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. "Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
 
Eltac Nurullazadə
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol