Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah Vaşinqtonda görüşəcək

İyunun 26-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək. Bu barədə Ermənistan XİN məlumat yayıb.
Azərbaycanla Ermənistan arasında iyunun 12-də xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilməli idi. Lakin görüş müəyyən açıqlanmayan səbəblərdən təxirə salınıb.
Sonuncu dəfə mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 