• $
  • £

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN İMZALAYIB

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN İMZALAYIB
25.06.2023 20:56
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:
1. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "aparatının işçilərinin say həddinin” sözləri "işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissəyə "vahidi” sözündən sonra ", Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi” sözləri əlavə edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.3.1. 8.23-cü yarımbənddə "kütləvi informasiya vasitələrində” sözləri "mediada” sözü ilə, "açıqlanmasını” sözü "təşviqini” sözü ilə əvəz edilsin;

1.3.2. 11-ci bəndin birinci cümləsində "aparatının işçilərinin say həddinin” sözləri "işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu”nun 2-ci hissəsində "Respublikasının” sözü "Respublikası Gənclər və İdman Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol