• $
  • £

Neft fondundan dövlət büdcəsinə transfertlər 118 milyard dolları ötüb

Neft fondundan  dövlət büdcəsinə transfertlər 118 milyard dolları ötüb
25.06.2023 21:47
2021-2022-ci illərdə Dövlət Neft Fondundan Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 118,2 milyard dollar təşkil edib. Bu barədə  fondun 2022-ci il üzrə dərc olunmuş illik hesabatında bildirilib.


Bundan əlavə, qeyd olunan dövr ərzində ARDNF ölkə əhəmiyyətli müxtəlif layihələrin maliyyələşdirilməsinə 11,2 milyard dollar vəsait ayırıb.


Hesabata görə, 2010-2021-ci illərdə neft fondundan transfertlərin Azərbaycanın dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi 40%-50% səviyyəsində dəyişib, 2022-ci ildə 25,8% olub.


 2022-ci ildə fonddan dövlət büdcəsinə transfertlərin faktiki həcmi 7 milyard 923 milyon manat təşkil edib.


Neft fondu Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
 
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neft və qazın ölkə ərazisindən nəqli üzrə tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol