Neft fondu portfelində sabit gəlirli qiymətli kağızların payını azaltmaq istəyir
Azərbaycan Dövlət Neft Fondu investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payını 50%-ə azaltmaq niyyətindədir. Bu barədə fond məlumat yayıb.
Fondun 2022-ci il üzrə illik hesabatına əsasən, 2022-ci ilin sonuna investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payı 62,1% (30 milyard 429 milyon dollar) təşkil edir.
Eyni zamanda, neft fondu investisiya portfelinin strukturunda səhmlərin, daşınmaz əmlakın və qızılın payını artırmağı planlaşdırır.
O cümlədən, fond səhmlərin payını 25%-ə (2022-ci ilin sonunda ümumi investisiya portfelində səhmlərin payı 19,6% və ya 9 milyard 609 milyon dollar təşkil edib), daşınmaz əmlakı 10%-ə çatdırmağı hədəfləyir ( 2022-ci ilin sonunda - 6,2% və ya 3 milyard 50 milyon dollar), qızıl - 15%-ə qədər (12,1% və ya 5 milyard 944 milyon dollar).
2022-ci ilin sonuna fondun investisiya portfeli 49 milyard 33 milyon dollar təşkil edib.
www.anews.az
Fondun 2022-ci il üzrə illik hesabatına əsasən, 2022-ci ilin sonuna investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payı 62,1% (30 milyard 429 milyon dollar) təşkil edir.
Eyni zamanda, neft fondu investisiya portfelinin strukturunda səhmlərin, daşınmaz əmlakın və qızılın payını artırmağı planlaşdırır.
O cümlədən, fond səhmlərin payını 25%-ə (2022-ci ilin sonunda ümumi investisiya portfelində səhmlərin payı 19,6% və ya 9 milyard 609 milyon dollar təşkil edib), daşınmaz əmlakı 10%-ə çatdırmağı hədəfləyir ( 2022-ci ilin sonunda - 6,2% və ya 3 milyard 50 milyon dollar), qızıl - 15%-ə qədər (12,1% və ya 5 milyard 944 milyon dollar).
1999-cu ilin dekabrında yaradılmış Azərbaycan Neft Fondunda neft kontraktlarının icrasından ölkəyə daxil olan gəlirlər yığılır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox