• $
  • £

Aİ-nin XİN başçılarının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

Aİ-nin XİN başçılarının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq
26.06.2023 09:20
Bazar ertəsi Lüksemburqda toplanacaq Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyəti barədə nazirlərə məlumat verəcək. Avropa Şurasının rəhbəri iyulun 21-də Brüsseldə bu ölkələrin liderləri ilə növbəti üçtərəfli görüşü keçirəcək.

Avropalı nazirlərin müzakirəsi xüsusilə Avropa İttifaqının Ukraynaya hərbi yardımına həsr olunacaq. Nazirlərin həmçinin "Prezident Zelenskinin sülh formulu”na diqqət yetirmələri gözlənilir.

"Aİ Ukraynanı qətiyyətlə və tam dəstəkləyir və lazım olduğu müddətcə Ukraynaya və onun xalqına güclü siyasi, iqtisadi, hərbi, maliyyə və humanitar yardım göstərməyə davam edəcək", - Aİ Şurası bildirib.

İclasın əsas gündəliyinə, həmçinin iyulun 17-18-də keçirilməsi planlaşdırılan Aİ-Latın Amerikası və Karib Hövzəsi İcmasının (CELAC) sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında əlaqələrin müzakirəsi daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol