Brüsseldə Türkiyə və İsveç arasında yüksək səviyyəli görüş keçiriləcək
Brüsseldə Türkiyə və İsveç xarici işlər nazirlərinin, milli təhlükəsizlik müşaviri və kəşfiyyat xidməti rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.
"İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi Baltik təhlükəsizliyini daha da gücləndirəcək. Dünən mən Prezident Ərdoğanla danışdım, həmçinin İsveç və Finlandiya hökumətləri ilə əlaqədəyəm. Biz sammitdən öncə Brüsseldə yüksək səviyyəli görüşün çağırılmasına razılaşmışıq. Bu görüşdə xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya qəbulu prosesinin tamamlanması ilə bağlı tərəqqi əldə etməkdir”, - Stoltenberq deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox