Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliklərə veto qoyub
Gürcüstan Prezidenti Salome Zurabişvili Seçki Məcəlləsinin MSK sədrinin və üzvlərinin seçilməsi prosedurlarına dəyişikliyi nəzərdə tutan düzəlişi veto edib.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Hazırki qaydalara əsasən Prezident MSK sədrinin və üvlərinin seçilməsi ilə bağlı müsabiqəni elan edir, namizəd seçimi komissiyasını yaradır və namizədləri parlamentə təqdim edir.
Lakin dəyişikliklərə əsasən bunu parlamentin spikeri edəcək, deputatlar isə namizədləri dəstəkləyəcək ki, bu da MSK sədri və üzvlərinin müəyyənləşdirilməsində birpartiyalı qərar anlamına gəlir.
Bəyanatda qeyd olunub ki, MSK sədrinin və üzvlərinin parlamentdə 100 səslə deyil, 76 səslə seçilməsi konsensusa əsaslanan seçim prinsipinə ziddir və bu qütbləşməyə səbəb ola bilər.
"Ona görə də veto konsensusun qorunması məqsədə uyğundur”, – bəyanatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox