• $
  • £

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verilib

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verilib
27.06.2023 13:29

Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu "Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin və "Vaqner” silahı qruplaşması barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. İyunun 24-də Rostovdan Rusiya sərhədini keçən Priqojin və ordusu Voronej və Lipetsk vilyətinə daxil olaraq Moskvadan 200 km məsafəyə qədər irəliləyib. Səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Priqojinin hərəkətini satqınlıq və xəyanət, baş verənləri hərbi qiyam adlandırıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojinin Moskva istiqamətində yürüşü dayandırıb. O, bunu qan tökülməməsi üçün etdiyini və Vaqnerin Ukrayna cəbhəsində dislokasiya olunan yerlərinə qayıtdığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, "Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol