Azərbaycanın 2023-2024-cü illər üçün qeyri neft-qaz sektorundakı artımın əsas amilləri açıqlanıb
Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı bu il 66 %-ə, 2024-cü ildə isə 68 %-ə yüksələcəyi proqnozlaşdırılır.
Bunu Rusiyanın "Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
Məlumata görə, son 2 ildə (2021-2022-ci illərdə) isə ÜDM-də qeyri neft-qaz sektorunun payı 64 % olub.
Onun sözlərinə görə, qeyri neft-qaz sektorunda artımın əsas amilləri istehlakçı fəallığının genişlənməsi, işğaldan azad edilmiş ərazilərdəki yeni layihələr, infrastruktur layihələr, İT sektoru olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox