Dünya Bankı Türkiyəyə 1 mlrd. dollar ayıracaq
Dünya Bankı Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpası üçün 1 milyard dollar ayıracaq.
Bu barədə "NTV Haber” məlumat yayıb.
Dünya Bankı zəlzələdən zərər çəkmiş ərazilərdə mənzil və əsas kommunal xidmətlərin bərpasına kömək etmək üçün Türkiyəyə 1 milyard dollar vəsait ayrılması barədə qərarı təsdiqləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı qeyd edib ki, cari ilin oktyabr-noyabr aylarında hökumət zəlzələdən zərər çəkmiş rayonların sakinləri üçün evlərin istifadəyə verilməsinə başlamağı planlaşdırır.
Xatırladaq ki, bu ilin 6 fevral tarixində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox