Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları ixracı 2 dəfədən çox artıb
2023-cü ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 161 milyon 181 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 86 milyon 485 min dollar çoxdur.
Hesabat dövründə Gürcüstana ümumilikdə 359 milyon 461 min dollarlıq məhsul ixrac edilib.
Gürcüstan Azərbaycanın qeyri-neft ixrac həcminə görə Türkiyə (464.6 milyon dollar) və Rusiyadan (403.9 milyon dollar) sonra 3-cü yerdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox