• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Milli Məclis Fransa ilə bağlı beynəlxalq parlament təşkilatlarına müraciət edib

Milli Məclis Fransa ilə bağlı beynəlxalq parlament təşkilatlarına müraciət edib
30.06.2023 22:25

Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına Fransada baş vermiş son hadisələrlə əlaqədar müraciət ünvanlayıblar.

Milli Məclisdən verilən xəbərə görə, müraciətdə, 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir.

Milli Məclisin sədri Sahibə Qafarovanın və Milli Məclisin nümayəndə heyətləri rəhbərlərinin Parlamentlərarası İttifaqa, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinin prezidentinə, Avronest Parlament Assambleyasına, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına, Türk Dövlətləri Parlament Assambleyasına, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, GUAM Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasına ünvanladıqları müraciətdə bu zorakılıq aktı şiddətlə qınanılıb, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair təəssüf hissi ifadə olunub.

Müraciətin mətnində, irqi nifrət zəminində törədilmiş bu qanlı cinayətin Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin bərabər, ədalətli və ləyaqətli münasibət tələb edərkən qarşılaşdıqları sistemli problemlərin və ikili standartların təzahürü olduğu qeyd edilib. Səslərinin eşidilməsini istəyən insanların dialoq əvəzinə qeyri-mütənasib güc nümayişi ilə üzləşməsi gərginliyinin daha da artmasına səbəb olduğu bildirilib. Günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının nə qədər dərin olduğu bildirilib.

Müraciətdə Avropanın demokratik və hüquq müdafiə institutlarının Fransa hökuməti tərəfindən nümayiş etdirilən bu kimi təhlükəli tendensiyalara lazımi diqqət yetirməməsi təəssüflə qeyd olunub. Bunun ölkədə insan hüquqlarının, xüsusən milli azlıqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin daha da pisləşməsinə gətirib çıxara biləcəyinə işarə edilib.

Sonda, bu zorakılıq aktı bir daha qətiyyətlə pislənilib, demokratiya, qanunun aliliyi prinsipinin üstünlüyünün vacibliyi vurğulanıb. İnsan hüquqlarına dair beynəlxlaq sənədlərə uyğun olaraq, Fransa hökuməti irqi və milli nifrət zəminində törədilən belə cinayətlərin köklü səbəblərini aradan qaldırmaq məqsədilə milli azlıqların və digər sosial qrupların, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə konstruktiv dialoq aparmağa, bərabərlik, ədalət və bütün insanlara hörmət prinsiplərinin bərqərar edilməsinə yönələn islahatlar həyata keçirməyə dəvət olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
Siyasət 20:25
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Siyasət 19:21
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 16:43
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 15:28
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Siyasət 14:51
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Siyasət 10:26
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol