• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Azərbaycanda pambıq əkini azalıb

Azərbaycanda pambıq əkini azalıb
03.07.2023 14:25
2023-cü ilin beş ayında Azərbaycanda 93 min 961 hektar ərazidə yazlıq pampıq əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azdır. Bu barədə Apa agentliyi Dövlət Statistika Komitəsinə istinadan yazıb. 
 
Bildirilib ki, Mil-Muğan iqtisadi rayonunda 38844 hektar, Qarabağ iqtisadi rayonunda 24344 hektar, Şirvan-Salyan iqtisadi rayonunda 23149 hektar, Mərkəzi Aran iqtisadi rayonunda 6082 hektar, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 1539 hektar ərazidə yazlıq pambıq əkilib. 
 
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. 
 
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir. 
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
İqtisadiyyat 12:48
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
Əhalinin qaz istehlakı artıb
İqtisadiyyat 12:45
Əhalinin qaz istehlakı artıb
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
İqtisadiyyat 10:06
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:51
Qızılın qiyməti bahalaşıb
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb
İqtisadiyyat 09:50
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:38
Azərbaycan nefti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:22
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
İqtisadiyyat 17:13
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
Azərbaycana qarğıdalı idxalı azalıb
İqtisadiyyat 16:19
Azərbaycana qarğıdalı idxalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol