• $
  • £

Milli Məclisin deputatları Marneulidə azərbaycanlı gənclərlə görüşüblər - FOTO

Milli Məclisin deputatları Marneulidə azərbaycanlı gənclərlə görüşüblər - FOTO
04.07.2023 20:59
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstana səfərə gediblər.

APA xəbər verir ki, səfər çərçivəsində deputatlar Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən stadionda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak ediblər.

Millət vəkilləri yeniyetmələrdən ibarət 5 komandaya 100 futbol forması, həmçinin futbol topları hədiyyə ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, bu cür sosial layihələr Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana marağının arıtırlması məqsədilə davam etdiriləcək. Səfir azərbaycanlı gənclərin gələcəkdə də Gürcüstanda idmanın inkişafına töhfə verəcəklərinə əmin olduğunu vurğulayıb.

Faiq Quliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Əlavə edib ki, Heydər Əliyev Gürcüstandakı azərbaycanlılara dayaq olub və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də soydaşlarızımın sosial rifahının artırılmasına yönəlib.

Marneuli meri Kənan Ömərov Azərbaycan nümayəndə heyətinə Marneulidə gənclərin inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Deputat Arzu Nağıyev qeyd edib ki, layihə bu vaxtadək Azərbaycanın 29 rayonunda həyata keçirilib. Rauf Əliyev layihənin gələn il də Gürcüstanda həyata keçiriləcəyini deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol