Putin və Paşinyan Qarabağla bağlı müzakirələr aparıb
Ermənistan tərəfinin təşəbbüsü ilə bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rusiya prezidenti ölkəsinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Rusiya KİV məlumat yayıb.
Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Tərəflər müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəldiklərini bildiriblər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox