• $
  • £

NATO-nun ekspert heyəti Bakıya səfər edib

NATO-nun ekspert heyəti Bakıya səfər edib
05.07.2023 18:04

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıya səfər edən NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, qonaqları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
 
Azərbaycan-NATO əlaqələrinin bundan sonra da hər iki tərəf üçün faydalı olacağına və səmərəli görüşlərin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

General-mayor S.Fiks isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Azərbaycan Ordusunda aparılan islahatların xüsusilə hərbi təhsil sahəsində öz nəticəsini göstərdiyini qeyd edib.

Alyansın ekspert qrupuna universitetin tarixi, strukturu, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra qonaqlar N hərbi hissəsini ziyarət edib. Nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlara NATO proqramları çərçivəsində hərbi hissənin iştirak etdiyi beynəlxalq əməliyyatlara və təlimlərə dair brifinq təqdim olunub.

Hərbi hissənin iclas zalında keçirilən görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov cari il ərzində həyata keçirilmiş və qarşıda duran fəaliyyətlər planı haqqında qonaqları məlumatlandırıb.

Sonda cari il üçün planlaşdırılan tədbirlər təhlil edilib və yeni əməkdaşlıq sahələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol