Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açır

Ermənistan öz ərazisi ilə eksterritorial dəhliz açmaq tələbini heç vaxt qəbul etməyəcək. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib. Bu barədə TASS xəbər yayıb.
"Bir daha deməliyəm ki, Ermənistan heç vaxt dəhlizlə bağlı heç bir yazılı və ya şifahi öhdəlik götürməyib. Ölkələrin suverenliyi və yurisdiksiyasında olan regional kommunikasiyaların bloklanmasına gəlincə, Ermənistan buna hazır olduğunu bəyan edib. Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsinin quraşdırılmasını nəzərdə tutan fərman var və artıq icradadır. Bu qərar prosesin təşəbbüskarı olmayan və Ermənistana yol açmaq istəməyən Azərbaycanın destruktiv mövqeyinə görə verilməyib", - Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
"Məntiq ondan ibarətdir ki, Azərbaycan eyni qərarı verməlidir ki, regional infrastrukturun blokdan çıxarılması üçün hər iki ölkə üçün keçid məntəqələri olsun”, - Paşinyan vurğulayıb.
Azərbaycan tərəfi isə Ermənistanı destruktiv mövqedə suçlayır. Belə ki, rəsmi Bakı bildirir ki, 2020-ci ilin noyabronda Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli müqavilədə Zənqəzur dəhlizinin açılması öhdəliyi var. Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında dəhliz açmalı, əvəzində isə Azərbaycan Qarabağda yaşayan erməni etnik azlığının Ermənistana keçidi üçün yolun açılmasını təmin etməlidir.
Azərbaycan prezidenti İlham Əliyev rəsmi Yerevanın bu öhdəliyi yerinə yetirməməsi ilə bağlı dəfələrlə bəyanat verib.
N.Təbrizli
www.anews.az