• $
  • £

Millətlətarası münaqişələr vətəndaşsızlıq problemini dərinləşdirir - Ombudsman

Millətlətarası münaqişələr vətəndaşsızlıq problemini dərinləşdirir - Ombudsman
06.07.2023 16:10
Millətlətarası və dinlərarası qarşıdurmalar və münaqişələr vətəndaşsızlıq probleminin daha da dərinləşməsinə səbəb olur. Bunu  İnsan hüquqları üzrə Azərbaycan Respublikasının müvəkili Səbinə Əliyeva bildirib. 
 
"Azərbaycan konstitusiyasına əsasən hər kəsin vətəndaşlıq almaq hüququ var. İki  ildən artıqdır ki, bizim ombudsman təsisatında 24/7 fəaliyyət göstərən qaynar xəttimiz mövcuddur və bu qaynar xəttə də hər kəsin müraciət etmək hüququ varr”, - Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyinin tədbirində çıxışı zamanı  vurğulayıb.

Onun sözlərinə görə, vətəndasızlığın çox olmasının başqa səbəbləri də doğulduqda qeydiyyatda olmaması və ya vətəndaşlığın itirilməsidir. 

"BMT-nin Vətəndaşsızlığa 10 ildə son kampanyası çərçivəsində  bu günə kimi 30-dan çox ölkədə 400 min insan vətəndaş olma hüququ qazanıb. 1905, 1918, 1920, 1948, 1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində minlərlə azərbaycanlı doğma torpaqlarını tərk etmək zorunda qalıb . 1988 və 1993-cü illərdə isə Ermənistanın növbəti silahlı təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız 30 ilə yaxın müddətdə məcburi köçkün və ya qaçqın həyatı yaşayıb”, - Əliyeva bildirib. 
 
2008-ci ildən indiyədək Azərbaycanda 2743 vətəndaşlığı olmayan şəxs vətəndaşlıq alıb. Bunu Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi Rza Talıbov bildirib. 

Azərbaycan Respublikası BMT-nin Vətəndaşsızlığa 10 ildə son kampanyasına 2015-ci ildə qoşulub və 2019-cu ildə BMT-nin Qaçqınlar Agentliyinin İcraiyyə Komitəsinin 70-ci sessiyasında Azərbaycan Respublikası ölkədə qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığa qəbulunu təmin etməyi öhdəsinə götürüb.
 
BMT-nin Qaçqınlar Agentliyi və Azərbaycan Respublikası Miqrasiya Xidmətinin statistikasına görə, 2008-ci ildən 1 iyul 2023-ədək Azərbaycanda 2743 vətəndaşlığı olmayan şəxs vətəndaşlıq alıb. 

Bu 2743 insandan 2305-i vətəndaşlıq alıb, 43-ünün başqa ölkələrdə vətəndaşlığı var, 129-unun sənədləri prosesdədir, 155-i hazırlanır və 111-i isə ölüb.
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol