• $
  • £

Albaniya Prezidenti Azərbaycana gəlib, qaz nəqli müzakirə mövzusu olacaq

Albaniya Prezidenti Azərbaycana gəlib, qaz nəqli müzakirə mövzusu olacaq
06.07.2023 16:45
Albaniya Prezidenti Bayram Beqay bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı xəbər verir. 

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
 
Səfər gedişində Azərbaycan qazının Albaniyaya nəqli məsələsinin müzakirə ediləcəyi gözlənilir. 
 
2026-cı il oktyabrın 11-dən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə əlavə 1,2 milyard kubmetr qazın Avropaya nəqli gözlənilir ki,  bunun da 1 milyardı İtaliyaya, 200 milyonu isə Albaniyaya nəql ediləcək. .

Əlavə həcmin birinci hissəsinin  2026-cı ildən 2028-ci ilin dekabrına, ikinci hissəsinin  isə 2026-cı ilin oktyabrından 2033-cü ilin sentyabrınadək çatdırılacağı gözlənilir.  Beləliklə, infrastrukturun ilk modernləşdirilməsi 2025-ci ilin sonuna kimi həyata keçiriləcək.
 
Azərbaycan və Albaniya prezidentlərinin əvvəlki görüşlərində İlham Əliyev Albaniyanın daxili qaz sisteminin qurulmasına Azərbaycanın investisiya qoymağa hazr olduğunu bildirib. 

Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməyə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək Avropaya ümumilikdə 22 milyard kubmetr qaz ixrac edilib. 
 
Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol