Zahid Oruc: 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib - VİDEO

90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib. Bunu deputat Zahid Oruc deyib.
www.anews.az
"24 iyunda prezident İlham
Əliyev İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların məqsədlərini ifşa
edərək dedi, sitat:”Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və
deputatları sərhəddə şəkillər çəkdirir, bizə mesajlar ünvanlayırlar”. Ölkə
rəhbərinin hədəfində Avropa Parlamentinin mandatı altında silahlanan bir qrupun
olduğu şübhəsizdir.AvroParlamentin Alt Komitəsinin sədri Natalı
Luazo 6 nəfərlə birlikdə iyunun 19-da Laçın
sərhəddinə gələrək 4 aydır
orada keşik çəkən Aİ-nin missiyasına birləşdilər, Zəngəzurda "Qarabağ köçkünləri”
ilə görüşərək, sərhəddə və Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yeridilməsini
və BMT-nin təcili qətnaməsini tələb etdilər. Natali Luazo dedi ki, rus sülhməramlı
qüvvələrini hər yerdə görüb, təkcə Laçın postundan başqa. Halbuki, Azərbaycan o məntəqədə bayraq qaldırmağa cəsarət
edib”. Göründüyü kimi, 30
ildir Xankəndinə qanunsuz gələnlərin yolu bağlanıb və sülhməramlı olmayanlar Rusiya
hərbi kontingentini regiondan çıxarıb NATO-nu yerləşdirmək, sərhəddi döyüş xəttinə
çevirmək niyyətindədilər. 22 iyunda AŞPA və Avroparlamentin Laçın
yolunun açılmasını tələb edən qətnamələri sinxron, vahid mərkəzdən idarə olunurdu
və erməni mediası Azərbaycan nümayəndə heyətinin 60 təklifindən heç birinin
qəbul olunmamasını bayram etdi. Elə həmin gün ABŞ Konqresinin 54 üzvü Co Baydendən Azərbaycana hərbi yardımı
dayandırmağı və Xankəndiyə dəstək göstərməyi xahiş etdilər", - deputat iyulun 6-da Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat iclasda Natali Luazonun ermənimeyilli biri olduğunu da açıqlayıb.
"Bəs Natali Luazo kimdir. Fransanın hakim Respublika
hərəkatının üzvü, qəddar
türkofob, islamofob, afrikalılarla bağlı aşağılayıçı irqçi açıqlamalarının müəllifi,
səfir vəzifəsində çalışarkən maliyyə cinayətlərini açıqlayan işçisini
intihara sövq edən şəxsdir. Natali Luazo Laçınla sərhədə 4 dəfə deputat seçilən,
sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Balkanlarda casusu erməni Arnaud
Danjyanla birlikdə gəlib. İyunun 24-də 1906-cı ildən şəbəkələşən "Ümumerməni
Xeyriyyəçilik İttifaqı” onun şərəfinə
Fransada, Paris meri Valeri Pekresin iştirakı ilə şükranlıq naharı düzənləyib.
Ölkə başçısı məhz Pekresi nəzərdə tutaraq, hünəriniz varsa bir də gəlin, görək sonra axırınız
nə olacaq, dedi.Beləliklə, sual olunur, nə üçün avropalı deputatlar
öz ölkələrinin sərhədlərini Yaxın Şərqdə devirdikləri hakimiyyətlərdən və xaosdan
sonra rezin qayıqlarla gələn yüz minlərə açmırlar? Necə olur ki, onların ərazisi
suveren və toxunulmazdır, bizə gəldikdə isə hamısı sərhədsiz reportyor, həkim,
diplomatdılar? Belə beynəlxalq səfərlər üçün hazırlanan sərhəd təxribatları
və qətnamələr "Avropa dəyərlərinin alınıb-satıldığını
göstərir və vaxtilə Amerikanın İraka hücumunu dəstəkləyən şərqi avropalı və
keçmiş sovet rəhbərlərini suçlandıran Jak
Şirak demişdi ki, o liderlər ən yaxşı şanslarını-susmaq imkanlarını itirdilər.
İndi "qlobal erməni milləti”-nin Avroparlamentdəki siyasi korrupsiya şəbəkəsi sülh prosesinə zərbə
vurmaqla separatizmin Qərb tərəfindən müdafiə olunduğunu göstərdikləri üçün gərək
danışmasınlar. Bəli, 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib", - millət vəkili bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər