• $
  • £

Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalandı
06.07.2023 21:42
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo ilə görüşündə Azərbaycan XİN-lə Uqanda XİN arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Uqanda tərəfinin Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb. Bu xüsusda, Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə yaxından dəstək göstərəcəyini qeyd edib. QH-nın coğrafi baxımdan bir-birinə uzaq ölkələri vahid platformada birləşdirməsi baxımından əhəmiyyətini qeyd edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin üzv ölkələr arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

Cece Odonqo, Azərbaycanın mürəkkəb bir dövrdə QH-ya sədrlik etməsinə baxmayaraq, hərəkatın nüfuzunun artmasında göstərdiyi nümunəvi səylərə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, Azərbaycanın uğurlu sədrlik təcrübəsinin davam etdirilməsi üçün mövcud təcrübənin bölüşülməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol