Elçin Sadıqov vəkillər kollegiyasına təkrar müraciət edəcək

Vəkil Elçin Sadıqov vəkillik haqqında fəaliyyətinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət edəcək. O bu barədə anews.az-a açıqlamasında bildirib.
Vəkillər Kollegiyası iyulun 6-da vəkil Elçin Sadıqovun Vəkillər Kollegiyasında fəaliyyətinə xitam verib. Bu barədə Kollegiyanın Rəyasət Heyəti qərar çıxarıb. Vəkil Elçin Sadıqov bu qərarı siyasi adlandıraraq bildirib ki, son vaxtlar insanlara polis darələrində işgəncələrin verilməsi haqqında məsələ qaldırdığı üçün barəsində belə bir qərar çıxarılıb. Vəkil Bu şikayətin jurnalist Eynulla Fətullayev tərəfindən edildiyini də bildirib.
"Hüquqi cəhətdən Vəkillər kollegiyası belə bir qərar qəbul edə bilməzdi. Çünki Eynulla Fətullayevin şikayət etmək hüquqi yox idi. Onun şikayəti icraata qəbul edilə bilməzdi. Eynulla Fətullayevla hər hansı vəkillik fəaliyyətimlə münasibətdə olmamışam. Şikayətdə araşdırılan diranaqarası məsələ Baş Prokurorluqda araşdırmada olduğuna görə, Kollegiya bu məsələni araşdıra və Prokurorluqdan fərqli nəticəyə gələ bilməzdi. Kollegiyadan mənə qərarın məzmunu ilə bağlı məlumat verilməyib”, - Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, qərara yenidən baxılması üçün Kollegiyaya müraciət edəcək. Eyni qərar təkrar çıxarılarsa vəkil kollegiyanı məhkəməyə vermək fikrində olduğunu bildirib.
Vəkillər Kollegiyasının sözçüsü Səttar Məmmədov isə anews.az-a bildirilib ki, vəkil Elçin Sadıqov hazırda kollegiyadan uzaqlaşdırılmayıb, sadəcə fəaliyyəti dayandırılıb.
www.anews.az

"Vəkillər haqqında” qanuna əsasən hər hansı bir vəkili birbaşa üzvlükdən çıxarmaq olmaz. Üzvlükdən xarici olunma ilə bağlı biz məhkəməyə mürciət edirik. Elçın Sadıqov hal-hazırda kollegiyadan uzaqlaşdırılmayıb, sadəcə fəaliyyəti dayandırılıb. Kollegiyadan uzaqlaşdırılmasına məhkəmə qərar verəcək. Məsələ siyasi proseslə bağlı deyil. Konkret müraciət əsasında məsələyə baxlıb. Kimin müraciət etməsi ilə bağlı Elçin Sadıqov öz hesabında məlumat verib", - Məmmədov deyib.
Məmmədov həmçinin bildirilib ki, Elçın Sadıqova iclasda iştirakla bağlı bütün lazım olan bildirişlər və mesajlar göndərilib.
Rabiyya Hale Seferoğlu
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər