ÜTT-ə daxil olmaq üçün Azərbaycan korrupsiya ilə mübarizəni genişləndirməlidir - EKSPERT

Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun növbəti, 15-ci iclası keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında beynəlxalq ticarətə inteqrasiya üçün qanunvericilik sahəsində aparılan islahatlar, ölkənin sosial-iqtisadi prioritetləri, ticarətin inkişafı, ticarətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, mikroiqlim və ÜTT-yə daxil olmaq üçün görülən işlər barədə məlumat verib.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesi tədricən həyata keçirilməli və yerli sahibkarların mənafeyi nəzərə alınmalıdır. Bunu iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
İqtisadçı Rəşad Hüseyn bildirir ki, Azərbaycanda
iqtisadiyyatın liberallaşması üçün Rəqabət Məcəlləsinin qəbul olunması
lazımdır.
"Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün
Azərbaycan 1990-cı ildən bu günə qədər təşkilatla danışıqlar aparır. 160-dan
çox bu təşkilatın üzvü var. Bura üzv olmaq üçün bir sıra tələblər var ki onları yerinə yetirmək mütləqdir. Həmçinin üzv olmaq üçün yerli təşkilatların,
biznes subyektlərinin mənafeləri qorunmalıdır. Həmçinin paralel olaraq Azərbaycan
ölkə daxilində korrupsiya üzrə mübarizəni genişləndirməli və iqtisadiyyatın
liberallaşdırılması, rəqabət imkanlarının genişləndirilməsi istiqamətində böyük
addımlar atmalıdır. Təbii ki, bu addımlar atılır və nailiyyətlər də əldə olunur.
Əsas məsələlərdən biri odur ki, ölkədə rəqabət məcəlləsi qəbul edilməlidir.
Rəqabət məcəlləsi qəbul olunarsa, kiçik sahibkarlar üçün daha yeni imkanlar
açılacaq. Bu da iqtisadiyyatın
liberallaşdırılması istiqamətində mühüm addım olacaq. İqtisadiyyatın şaxələndirilməsi də mühüm məsələdir.
Təkcə neft sektorunda deyil, qeyri neft sektorunda da buna diqqət yetirilməlidir.
Biz region ölkələrinə baxdıqda görürük ki, ən bahalı valyuta Azərbaycan valyutasıdır.
Azərbaycan valyutası da bahalı olduğuna görə, ucuz mal istehsal edib qonşu ölkələrə
sata bilmirik. Bu baxımdan Azərbaycanın bu təşkilata qoşulması çox önəmli məsələdir", - o bildirib.
İqtisadçının sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycana bir sıra
imkanlar yarada bilər.
"Bu təşkilata qoşulduqdan sonra burada xüsusilə qeyd
olunmalı olan Çin faktoru var. Bunun önəmi ondan ibarətdir ki, əgər Azərbaycan təşkilata
üzv olarsa, Çin güzəştli tariflər tətbiq edə bilər. Bu Azərbaycan üzərindən
keçməklə ölkəyə gələn tranzit gəlir vergisinin artması ilə nəticələnəcək,
həmçinin iri biznes subyektlərinin Azərbaycan üzərindən daha sərfəli ticarət əlaqələri
qurmasına kömək etmiş olacaq. Həmçinin bu, ölkəyə idxal olunan məhsullarında
qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Bu bizə imkan verəcək ki, Avropa ölkələri ilə qeyri-neft sektoru sahəsində ticarət əlaqələri inkişaf etsin. ÜTT-ə üzv olan ölkələrə diqqət yetirsək görərik
ki, Azərbaycan bu ölkələrin əksəriyyəti ilə ayrı-ayrılıqda müəyyən ticarət
sazişləri imzalayıb və müxtəlif istiqamətlərdə onlarla əlaqələri mövcuddur. Lakin, bunun
kompleks şəkildə olması, ümumi beynəlxalq standartlara uyğun olaraq standart
tariflərlə tənzimlənməsi ölkə üçün daha səmərəli olacaq. Bu da biznesin şaxələndirilməsi,
ticarət əlaqələrinin inkişaf etməsi və sənaye
ölkələri geniş əlaqələrin qurulması üçün bizə yeni imkanlar yaradacaq. ÜTT-na üzv olmaq tədriclə olmalıdır və yerli
sahibkarların mənafeyi nəzərə alınmalıdır. Təşkilata üzv olduqdan sonra mövcud
olan tələbləri yerinə yetirmək məcburiyyətində qaldıqda, Azərbaycanda biznes
subyektləri ucuz mal təklif edən xarici investorların qarşısında çıxılmaz vəziyyətdə
qalacaq. Ona görə də öncə öz
biznes subyektlərimizi dövlətin maraqlarına uyğun olaraq qorumalı və Daha
sonra isə tədriclə ÜTT-na inteqrasiya etmək daha məqsədəuyğundur", - ekspert vurğulayıb.
Eltac Nurullazadə
www.anews.az
Son xəbərlər
Daha çox 