• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü
10.07.2023 11:16
Ötən həftə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan "Bank Respublika”nın geniş tərkibdə nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində sahibkarlar üçün "Naxçıvanda biznesin inkişafı üçün yeni fürsətlər” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. 
Tədbirə Naxçıvan rəsmiləri, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar daxil olmaqla 100-dən çox iştirakçı qatılıb. Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev,  "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış ediblər. Çıxış edənlər Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də  əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıblar.

Bank Respublika nümayəndələri çıxışları zamanı Sahibkarlığın İnkişafı Fondu ilə olan effektiv əməkdaşlığın və əməkdaşların yüksək peşəkarlığının nəticəsi kimi son 2 il ərzində ölkəmizdə məbləğ və say üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatının məhz - Bank Respublika olduğunu bildiriblər.  Qeyd edilib ki, Bank Respublika Naxçıvanda real sektorun maliyyələşdirilməsində iştirak edən ən aktiv banklardan biridir və artıq Naxçıvanda güzəştli kreditlərin verilməsi prosesinə başlanılmışdır. Bank nümayəndələri bu uğurlu əməkdaşlığın Naxçıvanda da davam edəcəyini və qısa bir müddətdə Azərbaycanın digər regionlarında olduğu kimi Muxtar Respublikada da Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərini təqdim edən ən aktiv bank olacağına əmin olduqlarını bildiriblər.

Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları çıxışları zamanı güzəştli biznes kreditlərinin verilməsi mexanizmlərindən və bu kreditlərin sahibkarlar üçün yaratdıqları imkanlardan danışıblar, sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.

3 gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında olub, sahibkarlarla görüşlər keçirərək onları maraqlandıran sualları cavablandırıblar.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol