Przidentdən yeni təyinat - SƏRƏNCAM
Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
www.anews.az
Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Ceyhun Həsənov 2016-cı ildən Penitensiar xidmətin rəisi vəzifəsini icra edirdi.
Yeni təyin olunan Mirsaleh Seyidov isə Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi idi.
www.anews.az