“TotalEnergies” və SOCAR birgə qaz hasilatına başlayıb
"TotalEnergies” enerji şirkəti və SOCAR Xəzər dənizindəki "Abşeron” qaz-kondensat yatağının birgə işlənməsinin birinci mərhələsi çərçivəsində qaz hasilatına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat yerləşdirilib.
Tərəflər 4 milyon kubmetr qaz hasil etməyi planlaşdırırlar, bu da Azərbaycanın daxili bazarında satılacaq.
TotalEnergies və ARDNŞ layihədə bərabər paylara - 50%-ə sahibdirlər ki, bu da JOCAP birgə müəssisəsi tərəfindən idarə olunur.
TotalEnergies Fransa şirkətidir və 1996-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox