Bayraktar Ukraynada istehsal olunacaq
Ukraynada Türkiyənin "Baykar” təyyarə istehsalı şirkətinin Bayraktar pilotsuz uçuş aparatlarının (PUA) istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Bu barədə Türkiyə mətbuatı Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinə istinadan yazıb.
www.anews.az
İyulun 8-də Türkiyə və Ukrayna pilotsuz təyyarələrin birgə istehsalının inkişafına dair memorandum imzalayıb. Türkiyənin "Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib ki, şirkət 2025-ci ildə Ukraynada "Bayraktar TB2” və "Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının istehsalına başlamağı planlaşdırır.
Bayraktar Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi "Baykar Makina" şirkəti tərəfindən istehal edilir.
İlk prototip sistemlər 2013-cü ilin yanvarında hazırlanmış və bu sistemlərin uçuş sınaqları 2014-cü ilin martında başlanılıb.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox