• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

25-dən çox partiya bağlandı,qanun dəyişməlidirmi? - Partiya sədrlərindən açıqlama

25-dən çox partiya bağlandı,qanun dəyişməlidirmi? - Partiya sədrlərindən açıqlama
11.07.2023 13:02
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 25-dən çox partiya öz fəaliyyətinə xitam verib. 
 
Bu müddət ərzində fəaliyyətini dayandıran siyasi partiyalardan biri "Aydınlar" partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli sözlərinə görə, partiyanı bağlanmasının səbəbi yeni qanun qəbul olunanda bir çox sərtləşdirici və məhdudlaşdırıcı müddəaların qanuna daxil edilməsidir. 

"Aydınlar Partiyası öz nizamnaməsinə uyğun olaraq fəaliyyətini dayandırıb. Partiya üzvləri yeni partiya yaratmaqda və ya qüvvədə olan mövcud partiyalardan birinin tərkibinə daxil olmaqda tam sərbəstdirlər. Çünkü nə qanun, nə də heç bir partiyanın nizamnaməsi əvvəllər başqa partiyanın üzvü olmuş şəxsin yeni partiya yaratmasını qadağan etmir. Şəxsən mənim özümə gəldikdə isə mənim həm nə yeni partiya yaratmaq, nə də mövcud partiyalardan birinə daxil olmaq və ya Aydınlar Partiyasının fəaliyyətini yenidən bərpa etmək fikrim yoxdur. Əgər bərpa etmək fikrim olsaydı, Aydınlar Partiyasının fəaliyyətini dayandırmaq barədə düşünməzdik. Təbii ki, yeni qanun qəbul olunanda bir çox sərtləşdirici və məhdudlaşdırıcı müddəalar qanuna daxil edilib”, - Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, qanun layihəsi hazırlayanlar partiyaların sayını ən azı 2 dəfə azaltmaq barədə düşünüblər. 
 
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun fikrincə isə, rəhbərlik etdiyi partiyanın bağlanması  əhalinin çoxsaylı partiyalara, o cümlədən Azərbaycan Naminə Alyans Partiyasına ciddi dəstək verməməsi ilə əlaqədardır.

"Partiyamızın 29 il fəaliyyətindən sonra ləğv olunmasının səbəbi əhalinin çoxsaylı partiyalara o cümlədən bizim partiyaya ciddi dəstək verməməsi ilə əlaqədardır. Partiya sədrləri bu gün daha çox siyasi ekspert kimi fəaliyyət göstərirlər. Ortaya ciddi bir proqram qoyan partiya yoxdur və cəmiyyətin müzakirəsinə sanballı konsepsiya təqdim olunmur.  Əgər xalq dəstəkləmirsə, maliyyə dəstəyi yoxdursa, bu partiyanı yalnız görüntü xatirinə saxlamaq deməkdir. Real iş görmək mümkün deyil. Bizim partiyamız dəfələrlə prezident və parlament seçkilərində iştirak etsə də proporsional qaydada bütün seçkilərdə iştirak edən bir neçə az saylı partiyalardan biri bizim partiyamız olub. Ancaq dəstək yox idi. Odur ki,  belə bir qərar qəbul elədik. Mən hesab edirəm ki, bundan artıq partiya bağlanmalıdır”, -  Abutalıb Səmədov vurğulayıb. 

O həmçinin söyləyib ki, Azərbaycanda real fəaliyyət göstərmək imkanı olan Yeni Azərbaycan Partiyasıdır. 

"Qanun qəbul olunarkən biz ilk növbədə siyasi partiyaların birləşməsini təklif elədik. Daha ciddi bir qüvvə ortaya qoymağı  lazım bildik, ancaq partiya sədrlərinin çoxunun mövqəyi bundan ibarət oldu ku, kimsə birləşmək istəyirsə gəlsin bizim partiyaya birləşsin. Sonradan da həmin o hay-küylü bəyanatı verənlər son bəyanatlarını verdilər ki, partiyamız ləğv olundu. Ancaq bu ləğv olunma prosesi güman edirəm ki, bundan sonra da davam edəcək. Çünkü hər bir partiya sədri lider olaraq qalmaq istəyir. Kimsə daha ciddi partiyada ikinci və ya üçüncü olmağı ağlına sığıştırmır. Bu səbəbdən yeni qanun tələblərini ödəmək imkanı olmayan partiyalar ləğv olunmaq məcburiyyətindədirlər. Çünkü 5 min nəfərin siyahısını tələb olunan qaydada hazırlayıb vermək və hər il bunu dəyişdirmək üçün partiyanın maliyyə imkanları partiyanın aparatır və partiyanın yerli təşkilatları olmalıdır ki, bu da çox az saylı partiyalarda mövcuddur”, - Səmədov bildirib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, partiyanın sədr müavini Seymur Həzi  bir neçə gün əvvəl 5 mindən çox üzvün qeydiyyatı ilə bağlı məlumatları Ədliyyə Nazirliyinə təqdim etdiklərini bildirib. 

"Siyasi partiyaların inzibati yollarla bağlanması normal deyil. Siyasi partiyaları onların qurultayları elan eləyə və ya bağlaya bilər. Amma hansısa partiyanın qarşısında 5 min nəfərlik məhdudiyyət qoyulursa və o bunu təmin edə bilmirsə, bu artıq siyasi pluralizmə qarşı bir prosesdir. Baxmayaraq ki, bu ləğv olunmuş partiyaların bir çoxu elə administrativ qaydada yaradılıb.  Bütün hallarda siyasi partiyaların fəaliyyətini dayandırması yaxşı hal deyil. Bu ölkənin siyasi həyatına yaxşı heç nə vəd eləmir. Biz bir neçə gün əvvəl, 5 mindən çox üzvün qeydiyyat  ilə bağlı məlumatları Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmişik. Bizim üzvlərin sayı ilə bir problemimiz yoxdur. Sadəcə olaraq biz bununla bağlı məlumat verərkən də bildirdik ki, bu qanunun həm fundamental insan haqlarına, həm birləşmə azadlığına, ifadə azadlığına və Venesiya Komissiyasına ziddir. Xalq Cəbhəsi Partiyası yeni dövrdə özünün fəaliyyətini hüquq müstəvisindən çıxarmamaq üçün bu istiqamətdə addım atdı. Azərbaycan Xalq Cəbhəsi Azərbaycan tarixində siyasi hərəkatdan yaranan ilk partiyadır. Xalq Cəbhəsi Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonraki tarixin ən əsas siyasi təşkilatıdır. Biz bütün gücümüzlə fəaliyyətimizi davam etdirmək üçün mübarizə aparacağıq. Ümumiyyətlə, bu qanun Azərbaycanı dünyada rüsvay edən bir qanundur. Azərbaycanın üzvü olduğu Avropa Şurasının Venessiya Komissiyasının siyasi partiyalara dair kriteriyalarına təmamilə zidd bir qanundur. Yaxşı olar ki, bu tənqidləri birbaşa aradan qaldırmaq üçün ya əvvəlki qanun çərçivəsində ya da daha uyğun bir qanun qəbul olunsun”, - Seymur Həzi bildirib. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı  Sabir Rüstəmxanlı hesab edir ki, əsas partiayaların sayı deyil, onların normal siyasi fəaliyyətinin olmasıdır. 
 
"Partiyaların sayı heçnəyi göstərmir. 10 milyon əhalisi olan Azərbaycanda 60-70 partiyanın fəaliyyətinə ehtiyac yoxdur. Əsas normal siyasi fəaliyyət göstərən partiyalar olsun. Bəzi dəb xəətrinə yaranıb. Çoxunun heç kifayət qədər üzvü də yoxdur. Dərnək səviyyəsində fəaliyyət göstərən siyasi partiyaların çoxlu Azərbaycan cəmiyyətinə heçnə vermir", - deputat bildirib. 
 
Sabir Rüstəmxanlı vurğulayıb ki, partiyalarla bağlı proses hələ davam edəcək. 
 
"Mümkün qədər müxalifət düşərgəsində partiyalar birləşərək fəaliyyət göstərsə daha yaxşı olar. Amerika kimi ölkənin siyasi həyatını müəyyən edən iki siyasi partiya var. Türkiyədə də ona oxşar fəaliyyət var. Hesab edirəm ki, proses tam normal qaydada davam edir", - millət vəkili söyləyib. 
 
Partiya sədri Rüstəmxanlı qeyd edib ki, onların partiyası qeydiyaytdan keçib və fəaliyyətləri üçün heç bir təhlükə riski yoxdur. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 
 
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.
 
Gülnar Nazimqızı
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
Siyasət 20:25
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Siyasət 19:21
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 16:43
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 15:28
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Siyasət 14:51
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Siyasət 10:26
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol