• $
  • £

Macarıstan Azərbaycandan qaz alacaq - Peter Szijarto

Macarıstan Azərbaycandan qaz alacaq - Peter Szijarto
11.07.2023 11:45
Yaxın vaxtlarda Macarıstan və Azərbaycan arasında yanacağın saxlanmasına görə müqavilə imzalanacaq. Bu barədə Macasıtanın xarici işlər naziri Peter Szijarto deyib. 

Nazir bildirib ki, Avropa İttifaqı hələ də Azərbaycandan qazın tədarükü üçün boru kəməri infrastrukturunun genişləndirilməsi üçün Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə dəstək göstərməyib. 

"Biz Aİ-ni gözləmirik: biz bu il Macarıstana qaz tədarük etməyə başlayacaq azərbaycanlı dostlarımızla bütün lazımi sazişləri bağlamışıq - Hətta 50 milyon kubmetr qazın saxlanmasına dair müqavilə imzalamağa yaxınıq”, - Szijjarto Facebook-da yazıb.

Macarıstanın naziri qeyd edib ki, hazırda Avropa ciddi enerji böhranı ilə üz-üzə qalıb. 

 "Brüsseldə verilən bir sıra yanlış qərarlar qiymətləri yüksəldib və bir çox hallarda təchizatın təhlükəsizliyi pozulub. Biz ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı əlimizdən gələni edirik. Azərbaycan diversifikasiya üçün ən bariz mənbələrdən biridir, lakin Cənub-Şərqi Avropanın qaz kəmərləri sistemi hələlik böyük həcmdə tədarüklərə imkan vermir”, - nazir vurğulayıb. 

İyunun 2-də Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə SOCAR arasında 2023-cü ilin sonuna kimi 100 milyon kubmetr qaz tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb. Qazın həcminin 1-2 milyard kubmetrə qədər artacağı gözlənilir. 

Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol